Mikayıl Cabbarov: "Azərbaycan EBRD ilə əlaqələrin inkişafına böyük önəm verir"

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əlaqələrin inkişafına böyük önəm verir.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, EBRD-nin İllik Toplantısı çərçivəsində keçirilən görüşdə Bankın fəaliyyət müddətini başa çatdırmaqda olan birinci vitse-prezidenti Yurgen Rigterinkə ikitərəfli əlaqələrin gücləndirilməsinə verdiyi töhfələr üçün təşəkkür edilib.
M. Cabbarov bu vəzifəyə yeni təyin edilən Qreq Quyetə fəaliyyətində uğurlar arzulayıb: "Bankla tərəfdaşlıq müasir yanaşmaların tətbiqi, yaşıl və rəqəmsal inkişafa keçidin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir".
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) (@EBRD) İllik Toplantısı çərçivəsində keçirdiyimiz görüşdə Bankın fəaliyyət müddətini başa çatdırmaqda olan birinci vitse-prezidenti Yurgen Rigterinkə (@JRigterink) ikitərəfli əlaqələrin gücləndirilməsinə verdiyi töhfələr üçün… pic.twitter.com/6jdzzZIA14
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 14, 2025
Oxşar xəbərlər
Azərbaycanda 5 ayda orta illik inflyasiya 6 % olub
Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 105,9 %, o cümlədən qida məhsulları, içkilər və tütün...
