Mikayıl Cabbarov "Asienbrücke" Assosiasiyasının prezidenti ilə onlayn görüş keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Asienbrücke" Assosiasiyasının prezidenti və İdarə Heyətinin sədri Andreas Şoyerlə onlayn görüş keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
"Asienbrücke" Assosiasiyasının prezidenti və İdarə Heyətinin sədri cənab Andreas Şoyer ilə videokonfrans formatında keçirdiyimiz görüşdə regional əməkdaşlığın təşviqi və biznes əlaqələrinin gücləndirilməsi, investisiya, enerji, logistika, tranzit və digər sahələrdə əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük", - paylaşımda bildirilib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...