Mərkəzi Bankın sədri əhalinin "yastıq altda" saxladığı pulun məbləğini açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkədə dövriyyədə olan manat kütləsinin 46%-i nağd şəkildədir və bu vəsaitlər əsasən əhalinin "yastıq altda" saxladığı pullar və biznesin kassalarıdır.
BAKU.WS xəbər verir ki, bunu kapital bazarları ilə bağlı əsas çağırışları səsləndirərkən Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, vəsaitin 10 milyard dolları əhalinin özündə, 7 milyardı isə supermarket və otellərdə nağd şəklində kassalarda saxlanılır:
"Bu amil kapital bazarlarının inkişafı üçün məhdudlaşdırıcı faktor hesab olunur. Kapital bazarlarının inkişafı üçün bir sıra çağırışlar var. Əsas çətinliklərdən biri maliyyə sisteminin bank əsaslı olmasıdır. Hazırda Azərbaycanda maliyyə sisteminin əsas likvidliyi bank sektorunun üzərində cəmləşib və bu da əsasən 4–5 iri bankın payına düşür".
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. BAKU.WS bu barədə AMB-yə istinadən...