Mərkəzi Bankdan manatla bağlı qərar

Mərkəzi Bankdan manatla bağlı qərar
İqtisadiyyat 1061

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir.

BAKU.WS xəbər verir ki, faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6.75%-ə qaldırılmışdır.

Yaranmış vəziyyətdə Mərkəzi Bank qlobal mühitdə və ölkə iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda monitorinq edir, xarici şokun ölkə iqtisadiyyatına təsirlərinin miqyasını qiymətləndirmək üçün davamlı təhlillər aparır.

Bu qərar 19 mart 2020-ci il tarixindən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il may ayının 1-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyətə dair müşavirə keçirilib

Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyətə dair müşavirə keçirilib

Martın 11-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına t...

277 İqtisadiyyat 22:49 11 mart 2020

Son xəbərlər