Mərkəzi Bank yeni rəqəmsal sorğu layihəsinə start verir
Mərkəzi Bank rəqəmsal platformada sorğu həyata keçirəcək yeni layihəyə start verir.
BAKU.WS xəbər verir ki, bunu Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov "Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri" sorğusunun təqdimat mərasimində danışarkən deyib.
O, bildirib ki, sorğu rübdə 1 ildə 4 dəfə olmaqla aparılacaq. Ümumilikdə 29 sualdan ibarət olacaq:
"Mərkəzi Bank ümumilikdə ev təsərrüfatları arasında sorğuya 2012-ci ildən başlayıb.
Lakin bu sorğular əvvəllər kənar şirkətlər tərəfindən keçirilib Mərkəzi Banka təqdim olunurdu. Yenilik ondan ibarətdir ki, artıq bütün sorğular onlayon platforma üzerinden aparilacaq.
Sorğular kəmiyyət yox keyfiyyətlə bağlı olacaq. Misal üçün: "Ötən 12 ayda ailənizin ev təsərrüfatı necə dəyişib?"
Bu sorğuda iştirak edən hər kəsin anonimliyinə Mərkəzi Bank tərəfindən zəmanət verilir. Sorğuda iştirak etmək könüllüdür".
Oxşar xəbərlər
Azərbaycanda problemli kreditlərin həcmi açıqlanıb
2025-ci il dekabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557.6 milyon manat təşkil edib. BAKU.WS Azərbaycan Mərkəzi Bankına istinadən xəbər v...