Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Mərkəzi Bank tərəfindən maliyyə və mərkəzi bankçılıq sahəsində məlumatlılığın artırılması məqsədilə media nümayəndələrinin peşəkar inkişafının dəstəklənməsi təşəbbüslərini davam etdirir. Mərkəzi Bank tərəfindən Lənkəran şəhərində "Kapital bazarlarının əsasları" mövzusunda təşkil olunan təlim ölkəmizdə milli mətbuatın yaranmasının 150-ci ildönümü münasibətilə keçirilən tədbirlərin davamı olub.
BAKU.WS xəbər verir ki, 20-dən çox jurnalistin iştirak etdiyi təlimdə Mərkəzi Bank nümayəndələri tərəfindən kapital bazarlarının əsas anlayışları, funksiyaları, bazar infrastrukturunun fəaliyyəti və maliyyə alətləri haqqında praktik nümunələrlə zənginləşdirilmiş təqdimat keçirilib. Təlimdə həmçinin kapital bazarında tənzimlənmə və nəzarətin təşkili çərçivəsində Mərkəzi Bank tərəfindən həyata keçirilən təşəbbüslər haqda məlumat təqdim olunub. Təlimin yekununda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Daha sonra media nümayəndələrinin Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə ziyarəti təşkil olunub. Beləliklə də, səfər iştirakçıların biliklərini zənginləşdirməklə yanaşı, həm də bölgənin təbiət və tarixi potensialı ilə yaxından tanışlıq üçün imkan yaradıb.
Qalereya
Oxşar xəbərlər
İrəvan TRIPP üzrə sazişi təsdiqlədi: Marşrut işə düşsə, keçid necə tənzimlənəcək?
Məlum olduğu kimi, Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişini parlamentdə təsdiqləyib. Bəs sülh sazişi imzalanmadan marşrutun işə düşməsi mümkündürmü? Mövzu...