Mənzil bazarında artım davam edəcək – Qiymətlər yenidən yüksəlir

İpoteka imkanlarının artması, eləcə də kirayə mənzillərə tələbatın yüksəlməsi fonunda daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunur.
Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə açıqlamasında bildirib.
O bildirib ki, bazarda artım tendensiyası artıq qeydə alınıb və ilin sonuna qədər bu, daha da sürətlənə bilər:
"Yeni tikililərdə qiymətlər ötən illə müqayisədə 15.9%, köhnə tikililərdə 12.2% bahalaşıb. Bu, artımın davamlı olduğunu göstərir. İlin sonuna qədər 20 faizə yaxın ümumi qiymət artımı gözlənilir."
Ekspert əlavə edib ki, təkcə mənzillər deyil, torpaq sahələri və qeyri-yaşayış obyektlərində də qiymətlər yüksəlir. Son bir ayda:
-torpaqlar 3.2%,
-qeyri-yaşayış obyektləri 1.7%,
-fərdi evlər 2.4%,
-köhnə tikililər isə 1.4% bahalaşıb.
Orucun fikrincə, bu artımın davam etməsi üçün əsaslı səbəblər var və yalnız fors-major hallar prosesi ləngidə bilər.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
SOCAR İMF ilə bərpa olunan enerji və qaz ixracı infrastrukturunu müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Beynəlxalq Valyuta Fondu (İMF) arasında bərpa olunan enerji və qaz ixracı infrastrukturu barədə qarşılıqlı fikir mübad...