Maşınlar ucuz qiymətə satışa çıxarıldı - SİYAHI
![Maşınlar ucuz qiymətə satışa çıxarıldı - SİYAHI](https://baku.ws/storage/photos/uploads/thumbs/large/X98zM40TR4FiJuMuDNRWzLd6LpjpOIULqSETiTnZ.webp)
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 18 fevral 2025-ci il tarixində müxtəlif dövlət qurumlarına məxsus nəqliyyat vasitələrini hərraca çıxarılacağını elan edib.
BAKU.WS-in məlumatına görə, satışa təqdim olunan əmlaklar sırasında minik avtomobilləri, yük maşınları, və mikroavtobuslar yer alır.
Satışda diqqətçəkən nəqliyyat vasitələri arasında müxtəlif qurumlara məxsus avtomobillər var.
Bunlardan bəzilərini təqdim edirik:
BMW 730 LI (2006) – 12 150 manat
PAZ-4234 avtobusu (2005) – 64 260 manat
CHEVROLET CAPTIVA (2011) – 25 920 manat
LAND ROVER (2005) – 18 400 manat
HYUNDAI SONATA (2012) – Qiymət endirimi ilə satışda
Bundan əlavə, QAZ-3307, QAZ-3308, UAZ-31519, ZİL-131 və Nissan Teana kimi nəqliyyat vasitələri də hərraca çıxarılıb.
Məlumata görə, bəzi avtomobillər artıq bir neçə dəfə hərraca çıxarılıb və bu dəfə endirimli qiymətlərlə satışa təqdim ediləcək:
3-cü dəfə hərraca çıxarılan avtomobillər – 10% endirimlə
5 və daha çox dəfə hərraca çıxarılan avtomobillər – 50% endirimlə
4-cü dəfə satışda olan HYUNDAI SONATA (2004) – 25% endirimlə
Qeyd edək ki, hərracda iştirak etmək istəyən şəxslər nəqliyyat vasitələri ilə öncədən tanış olmaq imkanına malikdirlər. Bunun üçün balanssaxlayıcı qurumlara müraciət etmək mümkündür. Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və ya e-emlak.gov.az portalı vasitəsilə qəbul olunur.
Ətraflı məlumatı auksion.gov.az saytından əldə etmək olar. Hərracda iştirak etmək üçün sifarişlər ən gec hərracdan 3 bank günü öncəyədək təqdim edilməlidir.
Əlavə məlumat üçün telefon: 311-01-60 (Daxili: 1758, 1709, 1706, 1705)
Hərraca çıxarılan nəqliyyat vasitələrinin və avadanlıqların siyahısını təqdim edirik.
Qalereya
Oxşar xəbərlər
ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib
Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 4,8 %, 2026-cı il üçün isə 4,7 % səviyyəsində proqnozlaşdı...
![](/images/banners/placeholder_home_right_az.jpg)