Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib

05
sen
2025
15:13
Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.
Bu barədə nazirlikdən bildirilib.
Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 200 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından birində 28 gün müddətinə, 7 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Oxşar xəbərlər
Horadiz-Ağbənd dəmir yolu xəttinin illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq
Horadiz-Ağbənd dəmir yolu xəttinin illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasınd...
