Maliyyə Bazarlarına Nəzarət Palatası: "Bu sistem banklarda fırıldaqçılığın qarşısını alır"
17
apr
2018
10:52
Maliyyə Bazarlarına Nəzarət Palatası və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən dəstəklənən Azərbaycanda və Orta Asiyada Maliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi üzrə Məsləhət Xidmətləri Layihəsində 7 ölkədən 8 qurum iştirak edir. BAKU.WS xəbər verir ki, layihənin açılış çıxışını Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı direktoru İbrahim Alışov edib."Bakı artıq regionun maliyyə mərkəzinə çevrilib. Bunun əsas səbəblərindən biri də ölkə başçısının neft gəlirlərini qeyri nefr sektorunun inkişafına yönləndirməsidir. Bununla yanaşı ölkə başçısının kiçik-orta sahibkarlara da verdiyi dəyər də maliyyə bazarındakı artıma səbəblərdən biridir", - deyə İbrahim Alışov bildirib.O açıqlamasının davamında bildirib ki, 6 dekabr 2016-cı ildə milli iqtisadiyyatın strateji yol xəritələrinin çəkilməsi, Davos iqtisadi forumunda ölkəmizin 35-ci yerdə olması ilə nəticələndi. Bununla yanaşı Azərbaycan ən çox islahatı olan 3 ölkədən biridir. Qlobal Mərkəz İndeksinin açıqlamasına görə, Bakı 100 maliyyə şəhəri sırasındadır.Bunların səbəblərindən biri də, 6 mart 2018-ci ildə ölkədə ilk özəl kredit bürosunun yaradılıb fəaliyyətə başlamasıdır. Bu büro under reytinqi üçün banklara imkan yaradır. Həmçinin büro kreditlərə çıxılmış xərclərin azaldılmasının və fırıldaqçılığın qarşısını alır. Bu büronun yaradılmasından sora keçirilən 200 mindən artıq sorğu göstərdi ki, bank və bank olmayan kredit təşkilatları işlərində artım olub.Nihat HÜSEYNZADƏBAKU.WS
Oxşar xəbərlər
Maliyyə Palatası banklara məktub göndərdi
Azərbaycan Respublikasının Prezidentinin 01.09.2016-cı il tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi h...