Dollar kreditləri ilə bağlı təkliflər prezidentə məruzə olunacaq

Dollar kreditləri ilə bağlı təkliflər prezidentə məruzə olunacaq
İqtisadiyyat 1331

 

"Hazırda 10 min dollara qədər olan kreditlərə güzəştin tətbiq edilməsi ilə bağlı danışıqlar davam edir. Danışıqlar həm Maliyyə Bazarlarına Nəzarət Palatası, həm də Prezidentin iqtisadi məsələlər üzrə köməkçi ilə aparılır”.

Bu barədə AzVision.az-a millət vəkili Vahid Əhmədov bildirib. Deputat qeyd edib ki, dollar kreditlərinə güzəştlə bağlı təkliflər prezidentə məruzə olunacaq. "Hazırda bu məsələyə baxılır. Yəqin ki, tez bir zamanda müəyyən qərar veriləcək”. 

Qeyd edək ki, millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli aprel ayının 29-da birlikdə hazırladıqları təkliflər paketini 3 ünvana - Milli Məclisin sədrinə, Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinə göndəriblər.

BAKU.WS

Oxşar xəbərlər

Krediti olanlara xoş xəbər

Krediti olanlara xoş xəbər

"On min dollara qədər olan kreditlərə güzəştlər edilməsi məsələsinə baxıla bilər". ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarl...

4896 Sosial 10:48 10 may 2016

Son xəbərlər