Maduro böhranı qızıl bazarını hərəkətə gətirdi: qiymətlər yüksəlişə keçdi
ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronu hədəf alan əməliyyatından sonra artan geosiyasi risklər və FED-in faiz endirimi gözləntiləri qızıl qiymətlərinə dəstək verib. Yeni həftəyə yüksəlişlə başlayan qızılın unsiyası 4 421 dollara qədər bahalaşıb.
BAKU.WS xəbər verir ki, ötən həftəni 4 332 dollarla tamamlayan qızılın unsiyası ilk əməliyyatlarda təxminən 1,8% artım göstərib.
Analitiklər bildirir ki, Venesuela ətrafında yaranan siyasi gərginlik "təhlükəsiz liman"a tələbi artırıb. Bununla yanaşı, faiz endirimi gözləntiləri, mərkəzi bankların alımları və ETF-lərə vəsait axını qızılın yüksəliş trendini gücləndirir.
Qiymətli metallar bazarında artım yalnız qızılla məhdudlaşmayıb: gümüş, platin və paladyumda da əhəmiyyətli yüksəliş qeydə alınıb. Piyasalar bu həftə açıqlanacaq ABŞ məşğulluq göstəricilərini və FED rəsmilərinin mesajlarını yaxından izləyir.
Oxşar xəbərlər
Ucuz qiymətə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - 1300 AZN-dən başlayır
Azərbaycanda dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin satışı üzrə martın 3-də açıq hərrac keçiriləcək. BAKU.WS-in məlumtına görə, hərraca Müd...