Maaş və pensiya artımı bazarda qiymətlərə təsir edəcəkmi? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gələn ilin dövlət büdcəsində minimum əməkhaqqı, pensiya, sosial müavinət və təqaüdlər artacaq. Bəs bu artımlar istehlak bazarında qiymətlərə təsir edəcəkmi?
BAKU.WS-in "Xəzər Xəbər"ə istinadən məlumatına görə, məsələyə millət vəkili Musa Quliyev münasibət bildirib.
Deputat hesab edir ki, qiymət artımı sadəcə Azərbaycanla bağlı deyil. Onun sözlərinə görə, dünyada pandemiya ilə bağlı iqtisadi fəallıq aşağı düşüb.
Millət vəkili əlavə edib ki, qiymətlərin tənzimlənməsində müvafiq qurumlar da öz sözünü deyəcək. Proqnoza əsasən, gələn il inflyasiya yarıbayarı azalacaq.
Oxşar xəbərlər
Mərkəzi Bankdan manatla bağlı QƏRAR
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdir. BAKU.WS "report"a istinadən...