Ləğv edilmiş banklardakı əmanətlər geri qaytarılır
16
okt
2019
18:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ləğv edilmiş banklarda 17000 manata qədər təmin edilməmiş əmanətlər geri qaytarılır.Əmanətlərin Sığortalanması Fondundan BAKU.WS-ə verilən məlumata görə, ləğv prosesində olan "Atrabank" ASC", "Royalbank" ASC, "Kredobank" ASC, "Zaminbank" ASC, "Bank of Azerbaijan" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, QSC "Bank Standard" KB, "Yunayted Kredit Bank" ASC, "Texnikabank" ASC, "Dəmirbank" ASC və "Gəncəbank" ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə "Kapitalbank" ASC vasitəsilə 16 oktyabr 2019-cu il tarixindən başlanıb.Kreditor tələbinin ödənilməsi nağdsız qaydada həyata keçirilir.Ləğv prosesində olan banklarda kreditor tələbi olan fiziki şəxslərdən "Kapitalbank" ASC-nin təqdim olunan siyahı üzrə filiallarına şəxsiyyətlərini təsdiq edən sənədlə müraciət olunması xahiş olunur.
Oxşar xəbərlər
Banklarda əmanətləri olanların Diqqətinə
Oktyabrın 16-dan etibarən müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını ger...