Kriptovalyuta bazarında SON QİYMƏTLƏR
25
iyn
2018
21:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bitkoinin qiyməti ötən həftənin sonunda 2017-ci ilin noyabr ayından ilk dəfə 6 min dollar həddindən aşağı düşdükdən sonra bu həftə yüksəlməyə başlayıb.BAKU.WS-in məlumatına görə, mütəxəssislər kriptovalyutanın qiymətinin yaxın müddət ərzində qeyri-stabil qrafik sərgiləyəcəyini proqnozlaşdırır."CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 3,58% bahalaşaraq 6 157 dollar təşkil edib.Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 0,01% və ya 497,13 dollaradək ucuzlaşıb, "Ripple" 2,25% (0,48 dollara qədər), "Bitcoin Cash" 5% (744,18 dollaradək) bahalaşıb.Kriptovalyuta bazarının kapitallaşması hazırda 250,88 milyard dollar təşkil edir və bunun 42 faizi bitkoinin payına düşür.BAKU.WS
Oxşar xəbərlər
Bitkoinin qiyməti kəskin düşə bilər - PROQNOZ
Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti son bir neçə gün ərzində müxtəlif istiqamətlərdə dəyişib.Bitkoin 7,6 min dollara alınıb satılır. Müt...