KOBİA indiyə qədər 1 500-dən çox sahibkarın sərgi və yarmarkalarda iştirakına dəstək göstərib

"İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2018-ci ildən etibarən 1 500-dən çox startap, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif ixtisaslaşmış yerli və xarici sərgilərdə və yarmarkalarda iştirakına dəstək göstərib".
BAKU.WS xəbər verir ki, bunu agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən 18-ci Azarbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") va 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgilərinin açılış mərasimində bildirib.
Sədr qeyd edib ki, kənd təsərrüfatı və qida sənayesi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır:
"KOBİA bu sektorlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. Bunun davamı olaraq KOBİA mikro, kiçik və orta sahibkarların bugünkü sərgilərdə iştirakına dəstək göstərir".
O vurğulayıb ki, agentliyin dəstəyi ilə aqrar və qida sektorlarında fəaliyyət göstərən 9 KOB subyekti onlar üçün ayrılmış xüsusi stenddə öz məhsul və xidmətlərini təqdim edirlər:
"Stendimizdə mikro, kiçik və orta sahibkarlar tərəfindən istehsal olunmuş müxtəlif turşular, əzmələr, donmuş meyvə püreləri, siroplar, suxarılar, peçenyelər, təbii sirkələr, kərə yağları, şərablar, ballar, toxumlar və gübrələr, suvarma sistemləri və avadanlıqları və s. nümayiş olunur".
Oxşar xəbərlər
ABŞ və Çin razılığa gəldi – Qızılın qiyməti kəskin ucuzlaşdı
ABŞ ilə Çin arasında tariflərin qarşılıqlı şəkildə azaldılması və yeni razılaşmalar üçün danışıqların davam etdirilməsi barədə qərar qızıl kimi "təhlükəsiz lima...
