KOBİA "Caspian Oil and Gas" sərgisində KOB-lar üçün ayrıca stend quracaq
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) iyunun 2-4-də Bakıda keçiriləcək 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində ("Caspian Oil and Gas") KOB-ların iştirak etməsi üçün ayrıca stend quracaq.
Bu barədə BAKU.WS-ə KOBİA-dan məlumat verilib.
Xatırladaq ki, iyunun 2-4-də Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ("Caspian Oil and Gas") keçiriləcək. Sərgidə neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq aparıcı şirkətlər bir araya gələcək.
Kiçik və orta biznes subyektlərinin (KOB) neft-qaz sektorunun təchizat zəncirində iştirakının artırılması, bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və KOB-ların məhsul və xidmətlərinin tanıdılması məqsədilə KOBİA bu il də sərgidə KOB-ların iştirak etməsi üçün ayrıca stend quracaq.
Ödənişsiz əsaslarla sözügedən stenddə məhsul və xidmətlərini təqdim etməkdə maraqlı olan KOB-lar mayın 23-dək müvafiq formanı dolduraraq Agentliyə müraciət edə bilərlər (https://smb.gov.az/az/contact-form/exhibition-form/1).
Qeyd edək ki, müraciət formasında "İştirak etmək istədiyiniz tədbir" bölməsində "Caspian Oil and Gas 2025" qeyd olunmalıdır.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...