Kəlbəcərdə iki su elektrik stansiyası tikiləcək - 36,9 milyonluq LAYİHƏ
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti Kəlbəcər şəhəri və Eyvazlı kəndində Kiçik Su Elektrik Stansiyalarının (KSES) tikintisi, həmçinin yeni qurulacaq stansiyaların ümumi enerji sisteminə inteqrasiyası ilə bağlı tender elan edib.
BAKU.WS-in məkumatına əsasən, layihənin ehtimal olunan dəyəri 36,9 milyon manatdan çox təşkil edir.
Layihə çərçivəsində Kəlbəcər şəhərində və Eyvazlı kəndində inşa ediləcək kiçik su elektrik stansiyaları bölgənin enerji təminatında mühüm rol oynayacaq, həm də alternativ və bərpa olunan enerji mənbələrinin payının artırılmasına xidmət edəcək.
Qeyd edək ki, yeni stansiyaların istifadəyə verilməsi bölgədə enerji sabitliyini gücləndirəcək və ölkənin ümumi enerji balansına əlavə töhfə verəcək.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...