Kapital Bank 2025-ci ili 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub

Kapital Bank 2025-ci ili 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub
İqtisadiyyat 33

Kapital Bank 2025-ci ili 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub.

BAKU.WS xəbər verir ki, bu barədə bankın İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid Mirzəyev bu gün keçirilən mətbuat konfransında məlumat verib.

"2025-ci il üçün konsolidə edilmiş rəqəmlərə əsasən deyə bilərəm ki, bankımız ötən ili olduqca uğurlu bir göstərici ilə – 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub. Bu rəqəm 2024-cü illə müqayisədə 15% artım deməkdir. Təbii ki, istər aktivlərin, istərsə də öhdəliklərin uğurlu idarə edilməsi bilavasitə bankın maliyyə nəticələrində öz əksini tapır. Bankımızın mənfəət və zərər göstəricilərinə nəzər salsaq görərik ki, 2025-ci il ərzində toplam faiz gəlirlərimiz 1 milyard 173 milyon 779 min manat təşkil edib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% çoxdur. Bu artımın təməlində həm korporativ, kiçik və orta biznes, həm də fiziki şəxs olan müştərilərimizin sayının əhəmiyyətli dərəcədə çoxalması dayanır", - deyə C. Mirzəyev qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər