Kanadanın neft şirkəti Azərbaycanda müqavilə sahəsini SOCAR-a təhvil verib

Azərbaycanda quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab" neft yataqları blokunun işlənməsi ilə məşğul olan Kanadanın "Zenith Energy" şirkəti tərəfindən Müqavilə Reabilitasiya Sahəsinin (MRS) SOCAR-a təhvil verilməsi prosesi başa çatdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Zenith Energy"dən APA-ya məlumat verilib.
Təhvilvermə nəticəsində "Zenith Energy" Azərbaycanda bütün neft istehsalı əməliyyatlarını dayandırıb və bütün sahə istehsal heyəti (170-ə yaxın işçi) SOCAR-ın tabeliyinə keçirilib.
Qeyd edək ki, bundan sonra "Zenit"in Azərbaycanda fəaliyyəti yalnız kəşfiyyat işləri ilə bağlı olacaq.
Hazırda müqavilə sahəsində gündəlik orta neft hasilatı 180 barel təşkil edir.
Xatırladaq ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və "Zenith Aran Oil Company Ltd." şirkətləri arasında "Muradxanlı-Cəfərli-Zərdab" neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub.
Oxşar xəbərlər
OPEC+ çərçivəsində hasilatın azaldılması tədbirlərinin icrası SOCAR-a tapşırılıb
Aprelin 9-da OPEC+ formatının 23 iştirakçı ölkəsi dünya bazarlarında Covid-19 pandemiyasının təsirindən yaranan iqtisadi resessiya şəraitini müzakirə edib, neft...
