Kadri Simson: “Azərbaycan ümumavropa qaz tədarükçüsüdür”
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan ümumavropa qaz tədarükçüsüdür.
BAKU.WS Trend-ə istinadən bildirir ki, bu barədə Enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson özünün "Twitter" səhifəsində yazıb.
"Bu gün mən Azərbaycanın energetika naziri Pərviz Şahbazovla strateji tərəfdaşlığımızı müzakirə etmək üçün Aİ-Azərbaycan Enerji Dialoqunu təşkil etdim. Azərbaycan ümumavropa qaz tədarükçüsüdür. Amma bizim əməkdaşlığımız qaz sektorundan kənara çıxır, çünki bərpa olunan enerji mənbələri sahəsində böyük potensial var", - deyə K.Simson bildirib.
K.Simson qeyd edib ki, Avropa bu qışdan qaz anbarlarının yarısı dolu, daha stabil qaz qiymətləri və gələn qış üçün müsbət proqnozla çıxıb.
"Biz buna Aİ ölkələrinin vətəndaşlarının və Azərbaycan kimi etibarlı tərəfdaşlarımızın köməyi sayəsində nail olmuşuq. Hər ikimiz strateji tərəfdaşlığımızı reallaşdırmaq əzmindəyik", - deyə Avropa komissarı bildirib.
Oxşar xəbərlər
Sofiyada Azərbaycan qazının tədarükünə dair memorandum imzalanıb - YENİLƏNİB - FOTO
Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət N...