İşsizlikdən sığorta fondunun büdcəsi ikinci oxunuşda qəbul edilib
Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirədə qeyd edilib ki, 2026-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə xərclərinin 266,4 milyon manat (2025-ci illə müqayisədə 2,2 % çox) olması proqnozlaşdırılır.
Sənədə əsasən, xərclərin 238,3 milyon manatının İSF-nin gəlirlərinin (15,5 % çox), 28,1 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (48,25 % az) hesabına qarşılanması nəzərdə tutulur.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Oxşar xəbərlər
"Azeri Light" neftinin qiyməti 109,19 ABŞ dollarına çatdı
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,09 ABŞ dolları və ya 0,08% artaraq 109,19 ABŞ dollarına çatıb. BAKU.WS-in məlu...