İsrailin İrana hücumu neft qiymətlərinin kəskin artmasına səbəb oldu
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin İrana hücum etməsindən sonra neft qiymətləri sürətlə yüksəlib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, "Brent" markalı xam neftin bir barreli 7,40% artaraq 74,49 dollara çatıb. Eyni vaxtda, Qərbi Texas Orta neftinin qiyməti isə 7,86% qalxaraq 73,39 dollar olub.
Qeyd edək ki, İsrail Müdafiə naziri İsrael Katz ölkəsinin İrana hücum etdiyini açıqlayıb və ölkə daxilində fövqəladə vəziyyət elan olunub.
Təl-Əvivin açıqlamasına görə, hücumlar İranın hərbi obyektləri və nüvə proqramına qarşı yönəlib.
Tehranda güclü partlayışlar baş verib.
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. BAKU.WS bu barədə AMB-yə istinadən...