İşğaldan azad edilmiş ərazilərdə 15 dəqiqəlik şəhər konsepsiyası tətbiq olunur
İşğal azad edilmiş ərazilərdə 15 dəqiqəlik şəhər və yaşıl şəhər yanaşması kimi tendensiyalar hər bir şəhərə tətbiq olunur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramil Cahangirov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, insanların təhlükəsiz ərazilərə, rahat yaşayış məkanlarına qayıtmalarını təmin etmək çox vacibdir: "Bu səbəbdən, lazım olan bütün şəhərsalma standartlarını tətbiq edilir. Hazırda, demək olar ki, bütün şəhərlərdə ilk yaşayış məhəllələri, məktəblər və uşaq bağçaların inşası tamamlanıb və ya tikinti mərhələsindədir. Daha uzunmüddətli perspektivdə, şəhərin yeni hissələri tikildikcə, polimərkezli yanaşma, 15 dəqiqəlik yanaşma və mobillik strategiyaları kimi prinsiplərin tətbiqinin vacibliyini görəcəyik".
O bildirib ki, bütün bunlar şəhərlər üçün təkcə bu gün üçün deyil, həm də sabah üçün çox vacibdir: "Bütün baş planlar 20 illik perspektivlə hazırlanır. Bu nöqtədən biz 20 il irəliyə baxırıq. Əlbəttə, bu 20 il ərzində müdaxilələr və dəyişikliklər edə bilərik, çünki baş planlar canlı sənədlərdir. Baş planlar şəhərlərlə birlikdə inkişaf edən sənədlərdir. Bu inkişaf nümunəsi unikaldır; bu, hər yerdə, hər gün rastlaşdığımız bir ssenari deyil. Buna görə də, baş plana bu yanaşma həm də unikal diqqət tələb edir"
Oxşar xəbərlər
Azərbaycan və Dünya Bankı "Yaşanıla bilən Bakı" layihəsi üzrə hazırlıq işlərini müzakirə edib
Azərbaycanla Dünya Bankı arasında hazırlıq mərhələsində olan "Yaşanıla bilən Bakı" layihəsi çərçivəsində əməkdaşlığın əsas istiqamətləri, eləcə də ölkədə və reg...