IsDB rəsmisi: Azərbaycan halal iqtisadiyyatında regional mərkəzə çevrilə bilər
Azərbaycan halal iqtisadiyyatının inkişafına töhfə vermək və regional halal dəyər zəncirlərinin formalaşmasında mühüm rol oynamaq potensialına malikdir.
BAKU.WS xəbər verir ki, bunu Kuala Lumpurda yerləşən İslam İnkişaf Bankı (IsDB) Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesavi İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən İllik Toplantıları çərçivəsibdə keçirilən Halal forumdakı çıxışında deyib.
Onun sözlərinə görə, ölkənin regional əlaqələri gücləndirməsi və yeni ticarət marşrutlarının təşviqi bu imkanları daha da artırır.
Elesavi qeyd edib ki, qlobal halal iqtisadiyyatının inkişafı üçün təkcə ticarətin genişlənməsi deyil, həm də güclü dəyər zəncirləri, investisiya mexanizmləri, ixtisaslaşmış institutlar və bilik mübadiləsi vacibdir.
O vurğulayıb ki, halal sektoru sürətlə böyüyən qlobal iqtisadi ekosistemə çevrilib və artan tələbat yeni ticarət və investisiya imkanları yaradır. Onun fikrincə, halal iqtisadiyyatı həm də ərzaq təhlükəsizliyi, innovasiya, dayanıqlı inkişaf və sosial rifahın təşviqində mühüm rol oynayır.
IsDB rəsmisi hesab edir ki, sektorun gələcək uğuru hökumətlər, biznes qurumları və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsindən, eləcə də innovativ yanaşmaların tətbiqindən asılıdır.
Oxşar xəbərlər
Azərbaycanın Ermənistana builki ixracının dəyəri 11 milyon dolları keçib
Bu ilin yanvar-may aylarında Azərbaycan Ermənistana 11 milyon 273 min ABŞ dolları dəyərində mal ixrac edib. Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Komitəsindən bildi...