İran böhranı Çini neft ehtiyatlarından istifadə etməyə məcbur etdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-İran münaqişəsinin yaratdığı neft təchizatı çatışmazlığı fonunda Çin kommersiya neft ehtiyatlarından istifadə etməyə başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Bloomberg agentliyi Vortexa, Kpler və Energy Aspects analitik şirkətlərinin qiymətləndirmələrinə istinadən məlumat yayıb.
Məlumata görə, yaxın aylarda Çinin neft ehtiyatlarının gündə orta hesabla 1 milyon barel azalacağı gözlənilir. Bununla belə, bu həcm ölkənin kommersiya və strateji anbarlarında saxladığı təxminən 1,2 milyard barel neft ehtiyatı ilə müqayisədə böyük hesab edilmir.
Agentlik qeyd edir ki, Çinin strateji neft ehtiyatları ilə bağlı məlumatlar məxfidir. Uzunmüddətli ehtiyat siyasəti və yeraltı anbarlardan geniş istifadə bazar iştirakçılarının real vəziyyəti qiymətləndirməsini çətinləşdirir. Buna görə də analitiklər əsasən peyk görüntüləri və müstəqil təşkilatların hesablamalarına əsaslanırlar.
Bildirilir ki, Çin ötən il neft ehtiyatlarını rekord səviyyəyə çatdırıb. Lakin may ayında bu ehtiyatlardan istifadəyə başlanılıb və təkcə həmin ay ərzində anbarlardakı neft həcmi təxminən 25 milyon barel azalıb.
Statistikaya əsasən, 2026-cı ilin yanvar-may aylarında Çin xam neft idxalını ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5 faiz azaldıb.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...