"İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda" təsdiqlənib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda"nı təsdiqləyib.
BAKU.WS xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, investisiya şirkətinin məcmu kapitalı investisiya şirkətinin biznes strategiyasını dəstəkləməli, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı investisiya şirkətinin maliyyə dayanıqlığının təmin etməlidir. Məcmu kapitala yalnız dəyəri pul vəsaiti ilə ödənilən maliyyə alətləri daxil ediləcək.
Bundan başqa, invesitisiya şirkətinin nizamnamə kapitalı (xarici investisiya şirkətlərinin filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsait) yalnız Azərbaycanın milli valyutasında ödənilən pul vəsaiti ilə formalaşdırılacaq.
Qayda dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcək.
Oxşar xəbərlər
Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. BAKU.WS "Report"a istinadən xəbər verir...