INMerge sammiti zamanı regionda yeni vençur kapital fondu təsis edildi
Yeniliklərdən dərhal xəbərdar olun
INMerge sammiti zamanı regionda yeni vençur kapital fondu təsis edildi.
BAKU.WS xəbər verir ki, 10 oktyabr 2024-cü il tarixində PAŞA Holding-in təşkilatçılığı ilə INMerge innovasiya sammitin ilk günü baş tutub.
Sammit zamanı yeni INMerge Vençur kapital fondu təsis edilib. Fondun təsisçi tərəfləri kimi PASHA Innovations şirkəti, İnnovasiya və Rəqəmal İnkişaf agentliyi, Azərbaycan İnvestisiya Şirkəti, eləcə də Trendyol şirkətlər qrupu çıxış ediblər.
"PASHA Innovation olaraq bizim üçün çox qürurverci bir haldır ki, sözügedən fondun əsası məhz Inmerge sammiti zamanı qoyulub. İnanıram ki, fondumuz parlaq ideyaları dəstəkləyən əsas alətlərdən birinə çevriləcək" - PAŞA Innovation şirkətinin baş icraçı direktoru Fərrux Əliyev bildirib.
INMerge VK fondu çərçivəsində Qafqaz və Mərkəzi Asiya, Mərkəzi və Şərqi Asiya, eləcə də yaxın şərq və şimali Afrika regionlarından olan startaplara yatırımların edilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...