IMF-nin Azərbaycanın nominal ÜDM-i üzrə proqnozu hökumətin 2026-cı il üçün gözləntilərinə faktiki olaraq yaxındır
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2026-cı ildə Azərbaycanda nominal ÜDM 2,1 % real artımla 132,467 milyard manat (77,922 milyard ABŞ dolları) təşkil edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, ölkənin nominal ÜDM-i 2027-ci ildə 2,5 % real artımla 139,742 milyard manat (82,201 milyard ABŞ dolları), 2028-ci ildə 2,5 % real artımla 148,211 milyard manat (87,183 milyard ABŞ dolları), 2029-cu ildə 2,5 % real artımla 157,505 milyard manat (92,65 milyard ABŞ dolları), 2030-cu ildə 2,5 % real artımla 167,366 milyard manat (98,451 milyard ABŞ dolları), 2031-ci ildə isə 2,5 % real artımla 177,966 milyard manat (104,686 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırılır.
Nominal qeyri-neft ÜDM-nin 2026-cı ildə 100,7 milyard manat (illik müqayisədə 9,09 % artım), 2027-ci ildə 109,02 milyard manat (+8,26 %), 2028-ci ildə 117,394 milyard manat (+7,68 %), 2029-cu ildə 126,363 milyard manat (+7,64 %), 2030-cu ildə 136,017 milyard manat (+7,64 %), 2031-ci ildə isə 127,903 milyard manat (+7,64 %) səviyyəsində olması gözlənilir.
Azərbaycan hökuməti cari ildə ÜDM-i 134,1 milyard manat səviyyəsində proqnozlaşdırır. 2025-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 % artaraq 129,094 milyard manat təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. BAKU.WS "Report"a istinadən xəbər verir...