IMF Azərbaycan qazının ixrac qiymətləri ilə bağlı 2032-ci ilə qədər proqnozlarını açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Valyuta Fondu (IMF) 2026-cı ildə Azərbaycanın ixrac etdiyi təbii qazın orta qiymətinin hər min kubmetr üçün 380,4 ABŞ dolları səviyyəsində olacağını gözləyir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, IMF-nin məlumatlarına görə, 2025-ci ildə qazın ixrac qiyməti 425,4 ABŞ dolları təşkil edib.
Daha sonra azalma tendensiyası proqnozlaşdırılır: 2027-ci ildə təbii qazın ixrac qiymətinin hər min kubmetr üçün 326,5 ABŞ dollarına, 2028-ci ildə 287,1 ABŞ dollarına enəcəyi və 2032-ci ilə qədər bu səviyyədə qalacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı qaz ixracının orta qiymətini 2026-cı ildə hər min kubmetr üçün 269 ABŞ dolları, 2027-ci ildə isə 254 ABŞ dolları səviyyəsində gözləyir.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...