Hesablama Palatası ARDNF-in 2024-cü il büdcəsinin icrasına rəy verib
Hesablama Palatası 2025-ci il iş planına və 24 aprel 2025-ci il tarixli Kollegiya iclasının qərarı ilə təsdiq edilmiş proqrama əsasən Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditini aparıb, qurumun 2024-cü il büdcəsinin icrasına rəy verib.
BAKU.WS bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, auditor hesabatının hazırlanmasında "Hesablama Palatası haqqında" qanunun 22.13-cü maddəsinin, Hesablama Palatası Kollegiyasının 7 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Hesablama Palatası tərəfindən kənar dövlət maliyyə nəzarəti tədbirlərinə hazırlıq, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi Qaydaları"nın, Hesablama Palatasının Kollegiyasının 7 fevral 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş Maliyyə auditinə dair təlimatın və INTOSAI-ın peşəkar bəyanatlar çərçivəsinin (IFPP – INTOSAI Framework of Professional Pronouncements) tələbləri nəzərə alınıb və yaxud müvafiq istinadlar edilib.
Oxşar xəbərlər
SOCAR qazma əməliyyatlarında yeni rekord göstərici əldə edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında "Kompleks qazma işləri" tresti (KQİT) bu ilin plan-qrafikinə uyğun ol...