Hansı ölkələrdən Naxçıvana nə qədər pul köçürülüb?
Bu ilin may ayında Naxçıvan Muxtar Respublikasına xarici ölkələrdən 595,2 min dollar, Azərbaycanın digər bölgələrindən isə 700,1 min dollar pul köçürülüb.
BAKU.WS "yeniavaz.com"a istinadən xəbər verir ki, xaricdən köçürülən pulların 72,3% və ya 430,2 min dolları iki ölkənin – Rusiya (94,7 min dollar) və Türkiyənin (335,3 min dollar) payına düşüb.
Bu ölkələrdən sonra ən çox pul ABŞ (54 min dollar), Gürcüstan (48,9 min dollar), Qırğızıstan (20,4 min dollar), Qazaxıstan (13 min dollar), Almaniya (9,8 min dollar), Kipr (3,7 min dollar) və Özbəkistandan (3,7 min dollar) köçürülüb.
Xaricdən köçürülən pulların 290,5 min dolları Naxçıvan şəhərinin, 91,8 min dolları Şərur, 54,7 min dolları Ordubad, 50,8 min dolları Kəngərli, 47 min dolları Babək, 40,5 min dolları Culfa, 16,6 min dolları Şahbuz, 3,3 min dolları Sədərək rayonunun payına düşüb.
Azərbaycanın digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına göndərilən pulların 696 min dolları Naxçıvan şəhərinin, 4,1 min dolları Şərur rayonunun payına düşüb. Azərbaycanın digər bölgələrindən Muxtar Respublikanın başqa rayonlarına isə may ayı ərzində bank sistemləri vasitəsilə pul köçürülməyib.
Onu da qeyd edək ki, may ayı ərzində Cənubi Afrika Respublikasından Şərur rayonuna min dollar, Naxçıvan şəhərinə isə 200 dollar köçürülüb
Oxşar xəbərlər
SOCAR-ın prezidenti "DeGolyer and MacNaughton" şirkətinin sədri ilə görüşüb
Noyabrın 14-də SOCAR-ın prezidenti Rövşən Nəcəf "DeGolyer and MacNaughton" şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşüb. BAKU.WS xəbər verir...