"Haber Global"ın WUF13-dən növbəti reportajı: Azərbaycanın inşaat təcrübəsindən danışıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Haber Global" kanalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı növbəti reportaj hazırlayıb.
BAKU.WS xəbər verir ki, telekanalda nüfuzlu tədbirə 182 ölkədən iştirakçıların qatıldığı xatırladılıb.
"Bu gün forumun üçüncü günüdür. Tədbir iştirakçıları öz təcrübələrini bölüşürlər.
Forumda iştirak üçün 45 mindən çox insan qeydiyyatdan keçib. Bu da iki il öncə Misirdə keçirilən analoji tədbirə qatılanlardan təxminən iki dəfə çoxdur.
Tədbirin Bakıda baş tutması da çox önəmlidir. Qafqaz ölkələri arasında ilk dəfə olaraq Azərbaycan belə bir foruma ev sahibliyi edir", - deyə telekanalın süjetində bildirilib.
"Haber Global"ın əməkdaşı ayrıca olaraq Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra inşaat sahəsində böyük təcrübəyə sahib olduğunu da vurğulayıb.
Oxşar xəbərlər
İrəvan TRIPP üzrə sazişi təsdiqlədi: Marşrut işə düşsə, keçid necə tənzimlənəcək?
Məlum olduğu kimi, Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişini parlamentdə təsdiqləyib. Bəs sülh sazişi imzalanmadan marşrutun işə düşməsi mümkündürmü? Mövzu...