Gürcüstanın iqtisadiyyat naziri Bakı-Tbilisi qatarının açılması münasibətilə azərbaycanlı həmkarlarına təşəkkür edib
Tbilisi–Bakı dəmir yolu xətti altı illik fasilədən sonra bərpa olunur. Gürcüstan rəsmiləri bu addımın ölkəyə turizm axını və iqtisadi əlaqələrin güclənməsi baxımından əhəmiyyətli olduğunu bildirir.
BAKU.WS xəbər verir ki, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili "İmedi" telekanalına açıqlamasında Azərbaycanın dəstəyini xüsusi qeyd edib. Onun sözlərinə görə, uzun fasilədən sonra sərnişin dəmir yolu əlaqəsinin bərpası iki ölkə arasında əməkdaşlıqda mühüm mərhələdir.
Nazir bildirib ki, hazırkı mərhələdə Gürcüstan üçün Azərbaycandan gələn sərnişin qatarı yeganə beynəlxalq dəmir yolu sərnişin istiqaməti olacaq. O, bu xəttin həm turizm, həm də iqtisadi əlaqələrin inkişafına təsir göstərəcəyini vurğulayıb.
Rəsmiyə görə, Bakı və Tbilisi arasında əsas nəqliyyat əlaqəsi indiyədək daha çox hava yolu ilə həyata keçirilirdi. Dəmir yolu xəttinin bərpası isə sərnişin axınının genişlənməsinə və regionlararası əlaqələrin güclənməsinə xidmət edəcək.
Qeyd edək ki, Azərbaycan–Gürcüstan sərnişin qatarının mayın 26-dan etibarən hərəkətə başlaması planlaşdırılır.
Oxşar xəbərlər
Ceffri Tsanq WUF13-də: Süni intellekt şəhərlərin idarə edilməsində mütəxəssislərə kömək edəcək
Süni intellekt (AI) mütəxəssisləri əvəz etmir, şəhər sistemlərinin idarə edilməsində onların işini gücləndirən alətə çevrilir. BAKU.WS "Report"a istinadən xəbər...