Gürcüstanın Azərbaycana olan borcu AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il iyunun 1-nə Gürcüstanın Azərbaycana dövlət borcu 5,054 milyon ABŞ dolları təşkil edib.
BAKU.WS “Report”a istnadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.
Sənədə əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməyib.
Gürcüstanın ümumi xarici dövlət borcu təxminən 8,1 milyard ABŞ dollarına bərabərdir ki, bunun da 7,5 milyard dolları hökumətin payına düşür.
Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu da mayda dəyişməyərək müvafiq olaraq 9,766 milyon ABŞ dolları, 37,468 milyon ABŞ dolları və 5, 100 milyon ABŞ dollarına bərabər olub.
Oxşar xəbərlər
Hansı bankdan nə qədər dollar almaq olar? – MƏBLƏĞLƏR
Bu gün martın 15-də xarici valyuta satan bankların sayı 29-a çatıb. BAKU.WS-in məlumatına görə, fins.az-ın araşdırması göstərdi ki, bu gün dolları 19 bank limi...