Gürcüstan hökuməti əhalinin banklardakı borclarını silə bilər
19
noy
2018
14:28
Gürcüstan hökuməti əhalinin banklardakı borclarını silə bilər. BAKU.WS-in Gürcüstan KİV-nə istinadla verdiyi məlumata görə, bu barədə Gürcüstanın iqtisadiyyat və davalı inkişaf naziri Georgi Kobuliya bildirib. O qeyd edib ki, banklar qarşısında öhdəlik qoyulacaq. "Biz bilirik ki, yüzlərlə, minlərlə insan qara siyahıya salınıb. Bu insanlar iqtisadi fəaliyyətdən məhrum qalıb. Onlardan bir çoxu motivasiyasını itirib". Onun sözlərinə görə, belə insanları yenidən iqtisadiyyata cəlb etmək lazımdır: "Bəzi borclar üçün amnistiya elan edilə bilər. Bu əsas səbəblərdən biridir. Biz çox ehtiyatlı olmalıyıq. Biz elə etməliyik ki, bu qərarlar zərər bizim iqtisadiyyatımıza zərər gətirməsin", - deyə nazir əlavə edib. O siyasətçiləri ehtiyatlı olmağa və məsuliyyətsiz bəyanatlardan çəkinməyə çağırıb. AbbasBAKU.WS
Gürcüstanın iqtisadiyyat və davalı inkişaf naziri Georgi Kobuliya
Oxşar xəbərlər
Gürcüstanın yeni baş nazir və hökuməti təsdiq olunub
Gürcüstan parlamenti bugünkü növbədənkənar iclasında yeni baş nazir Mamuka Baxtadze və hökumətə etimad göstərib.APA-nın Gürcüstan bürosunun məlumatına görə, əvv...