“Günay Bank”da 70 milyon əmanətin taleyi məlum deyil - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank” ASC-nin 2023-cü ilin birinci rübündə aktivlərinin həcmi 274 milyon 274 min manat olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu ilin aprel ayının 1-nə olan hesabatında isə ümumi depozitlərin həcmi 108 milyon 566 min manata bərabər olub. Ötən ilin sonuna isə bu rəqəm 111 milyon 405 min manat olub.
“Günay Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək.
Bank tərəfindən fonda təqdim olunmuş hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edib.
Hesab dövrünün rəqəmlərinə görə isə 70 milyon manat əmanətin taleyi məlum deyil.
Oxşar xəbərlər
Bakıda polis maşını 8 minə satışa çıxarıldı - QİYMƏTLƏR - FOTO
18 oktyabr 2022-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 47 nəqliyyat vasitəsi çıxarılıb. Hər...