Gələn il dövlət büdcəsi 26 milyard manat olacaq

13
sen
2019
17:06
2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 484 milyon manat məbləğində proqnozlaşdırılır.BAKU.WS Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 316 milyon manat və yaxud 5,7% çoxdur.Gələn il büdcə xərcləri isə 25 617,7 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-cu ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427,7 milyon manat və yaxud 1,7% çoxdur.Beləliklə, büdcə kəsri 1 133,7 milyon manat məbləğində gözlənilir ki, bu da 888,3 milyon manat və yaxud 43,9% azdır.
Oxşar xəbərlər
Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12 435,5 milyon manat, xərcləri isə 13 102,7 milyon manat təşkil edib.BAKU.WS Dövlət Stat...
