Gələn il bu məhsulların qiyməti arta bilər - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda 2026-cı ildə bir sıra məhsul və xidmətlər üzrə qiymət artımlarının olacağı gözlənilir. Elə bunlardan biri də, növbəti ildən vergi güzəştinin ləğv olunduğu elektrik mühərrikli avtomobillərdir.
Bəs görəsən artım başqa nələrdə hiss ediləcək?
Bu barədə BAKU.WS-in suallarını iqtisadçı ekspert Xalid Kərimli cavablandırıb.
İqtisadçının sözlərinə görə, növbəti ildən elektrik və hibrit mühərrikli avtomobillərə tətbiq olunan vergi güzəştlərinin ləğvi bu nəqliyyat vasitələrinin bahalaşmasına səbəb olacaq. Bu isə həm yeni, həm də ikinci əl avtomobil bazarında qiymətlərin yüksəlməsini qaçılmaz edir.
Ekspertin sözlərinə görə, telefon bazarında da qiymət artımı gözlənilir. Yeni ildən etibarən mobil telefonların qiymətində ən azı 20 manat artım baş verə bilər.
Spirtli içkilər də bahalaşan məhsullar sırasındadır. Aksiz dərəcələrinin artırılması bu məhsulların satış qiymətlərinə birbaşa təsir edəcək.
"Bundan əlavə, hökumət 2026-cı il üçün 5,3 faiz inflyasiya proqnozlaşdırır. Bu il inflyasiya səviyyəsi 5,7 faiz təşkil edib. Bu isə gələn il də ümumi qiymət artım tempinin təxminən eyni səviyyədə qalacağını göstərir".
Xalid Kərimli həmçinin su tariflərində də artım ehtimalının yüksək olduğunu bildirib. Onun fikrincə, növbəti ildən demək olar ki, bütün məhsul və xidmətlər üzrə bahalaşma tendensiyası davam edəcək.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...