Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir
16
sen
2025
07:51
Azərbaycan hökuməti 2025-ci ilin yekununda dövlət borcunun 25 milyard 404,1 milyon manat, 2026-cı ilin yekununda isə 27 milyard 51,7 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.
BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu il xalis birbaşa dövlət borclanması 1 milyard 976,1 milyon manat azaldılacaq, gələn il isə 1 milyard 647,6 milyon manat artırılacaq.
2025-ci ildə dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin 2 milyard 399,6 milyon manat, 2026-cı ildə isə 2 milyard 457,6 milyon manat olacağı gözlənilir.
Oxşar xəbərlər
Azərbaycan idxal olunan kvadrisikllərə görə aksiz dərəcəsi tətbiq olunacaq
Bu ildən Azərbaycan Respublikasına idxal olunan kvadrisikllərə görə aksiz dərəcəsi tətbiq olunacaq. BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiql...