Gələn il Ağdamda aqroşəhərcik fəaliyyətə başlayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Belarusun Ağdam rayonunun Qızıl Kəngərli kəndində inşa etdiyi aqroşəhərciyin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Bu barədə "Report"un sualını cavablandıran Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.
Onun sözlərinə görə, layihə nəhəng aqroholdinqin yaradılmasını, heyvandarlığın, quşçuluğun və tərəvəzçiliyin inkişafını nəzərdə tutur.
"Bu, təkcə aqrosənaye deyil, həm də böyük yaşayış mərkəzi olacaq. Düşünürəm ki, o (aqroşəhərcik) Ağdam torpağını bəzəyəcək. Planlarımızda onun 2027-ci ildə fəaliyyətə başlaması var. Mən həmçinin bu istiqamətdə gələcəkdə yeni layihələrin həyata keçirilməsinə çox ümid edirəm", - diplomat qeyd edib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...