Gələn həftə "Taxıl sazişi" üzrə son məsləhətləşmələr aparılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Federasiyası ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında "Taxıl sazişi" üzrə məsləhətləşmələrin son mərhələsi iyulun 11-də Cenevrədə baş tutacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarik jurnalistlərə açıqlamasında deyib.
Görüşdə əvvəlki müzakirələrdə olduğu kimi, BMT-ni qurumun Ticarət və İnkişaf üzrə Konfransının baş direktoru Rebekka Grinspan təmsil edəcək.
Sözçü əlavə edib ki, memorandumun müddəti uzadılmayacaq. Lakin sənəddə əks olunan məsələlər (xüsusilə Qara dəniz vasitəsilə təhlükəsiz daşınma) aktuallığını qoruyur və gələcək müzakirələrin mövzusu olaraq qalacaq.
Xatırladaq ki, memorandum 22 iyul 2022-ci ildə imzalanıb və onun icra müddəti 3 il olaraq müəyyən edilib.
Bu təşəbbüs İstanbul sazişi çərçivəsində və BMT Baş katibinin qlobal ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə Ukraynadakı müharibə fonunda irəli sürdüyü səylərin bir hissəsi kimi həyata keçirilib. Baş katib eyni zamanda Ukrayna və Rusiyadan ərzaq və gübrə ixracının davam etdirilməsi üçün çalışır.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...