Gələn aydan mənzil bazarında qiymətlər qalxa bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ilkin mənzil bazarında qiymətlər ucuzlaşıb.
BAKU.WS-in məlumatına görə, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, avqust ayı ərzində ilkin mənzil bazarında qiymətlər 4.5 faiz, il ərzində 4.21 faiz aşağı düşüb.
Onun sözlərinə görə, təkrar mənzil bazarında ay ərzində 0.3 faiz qiymət artımı müşahidə edilib, il ərzində isə stabil qalıb.
Ekspert bildirib ki, qiymət artımı həm mövsümi xarakter daşıyır, həm də koronavirus pandemiyası ilə əlaqədardır. Yəni hər iki amil qiymətlərə öz təsirini göstərir.
N.İbrahimov qeyd edib ki, növbəti aylar ərzində qiymət artımı olar bilər: "Hazırda qeyri-müəyyənlikdir. Pandemiya hər şeyə təsir göstərib, amma adətən payız ayları, ilin sonuna doğru qiymət artımı müşahidə edilir. Yəqin ki, bu il qiymətlərin artması istisna olmayacaq. Təbii ki, əvvəlki kimi olmasa da qiymət artımı müəyyən qədər müşahidə ediləcək".
Oxşar xəbərlər
Daşınmaz əmlak sektorunda tam sakitlik hökm sürür
“Bu ilin ilk rübü ərzində daşınmaz əmlak bazarında əvvəlki illərə nisbətən xeyli zəifləmə baş verdi. Adətən yanvar-fevral aylarında bazarda alıcılıq qabiliyyəti...