Gələn aydan Çinlə viza rejminin ləğvi Azərbaycana nə qazandıracaq?

Gələn aydan Çinlə viza rejminin ləğvi Azərbaycana nə qazandıracaq?
Açıqlama
İqtisadiyyat 136

"Azərbaycan və Çin arasında turzim sahəsi genişlənib. 2024-cü ildə Çindən Azərbaycana gələn tusitlərin sayı 1,9 dəfə artaraq 45 minə çatıb. 2025-ci ilin geri ə qalan aylarında isə 2 dəfəyə  yaxın artım müşahidə edirik".

BAKU.WS-in məlumatına görə, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. 

Onun sözlərinə görə, ölkələr arasında strateji münaisbətlərin inkişaf etməsi turizm daxil olmaqla, fərqli sektorlarda əməkdalıq imkanlarını genişləndirib:

"Artıq iyul aynın 16-dan etibarən Azərbaycan vətəndaşları da Çinə vizasız getmək imkanı qazanacaqlar. Bu, iki ölkə arasında münasibətlərin dərinləşməsi baxından vacib addımdır. İki ölkənin vətəndaşlarının qarşılıqlı səfərlərinin artmasına səbəb olacaq. 

Gözlənti ondan ibarətdir ki, Çinə gedəcək vətəndaşlarımızın sayında artımlar olacaq. Birbaşa hava nqəliyyatı daha az xərclə uçuş həyata keçirəcək. Əvvəllər tranzit olaraq başqa ölkə üzərindən Çinə səfərlər təşkil edilirdisə, indi birbaşa bu səfərləri reallaşdırmaq mümkün olacaq. 

Çin kifayət qədər böyük turizm potensialına malikdir. Çindən digər ölkələrə gedən turistlərin sayı da çoxdur. Çin və bu ölkənin yerləşdiyi bölgədən daha çox turistlərin Azərbaycana cəlb edilməsi ölkənin dövlət gəlirlərinin artmasına səbəb ola bilər. 

Vizasız rejimin tətbiq edilməsi həm də azərbaycanlı iş adamları üçün Çin iqtisadiyyatına investisiya qoyuluşu baxımdan vacibdir. Çin istehlak sayına görə dünyada ikinci ölkə, alıcılıq qabiliyyətinə görə isə dünyada ən böyük bazarlardan biridir. Çin bazarına Azərbaycan məhsullarının göndərilməsi əsas hədəflərdəndir". 

Son xəbərlər