"Fitch" Azərbaycanda bank sektorunun vəziyyətinin 2026-2027-ci illərdə sağlam qalacağını gözləyir
Yeniliklərdən dərhal xəbərdar olun
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan bankları üçün əməliyyat mühiti qiymətləndirməsini "bb-"/"stabil" səviyyəsindən "bb"/"stabil" səviyyəsinə yüksəldib.
BAKU.WS report-a istinadən xəbər verir ki, agentlik bunu tənzimləyici nəzarətin sərtləşdirilməsi və risk əsaslı nəzarət sisteminin tətbiqində əldə olunan irəliləyişlə əlaqələndirib. "Fitch" hesab edir ki, bu dəyişikliklər bank sektorunun iqtisadi dəyişikliklərdən irəli gələn təzyiqlərə qarşı dayanıqlığını gücləndirməlidir.
Qiymətləndirmədə Azərbaycanın möhkəm suveren kredit profili və makroiqtisadi sabitliyin dəstəklənməsi də nəzərə alınıb. Bunun nəticəsində bank sektorunun əməliyyat mühiti göstəricisi ilə Azərbaycanın "BBB-"/"stabil" suveren reytinqi arasındakı fərq azalıb.
"Fitch" Azərbaycan iqtisadiyyatında dövri olaraq baş verən dəyişikliklərə baxmayaraq, bank sektorunun maliyyə vəziyyətinin 2026-2027-ci illərdə sağlam qalacağını gözləyir.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...