Expressbank – bayram günlərində də sizinlədir!
14
iyn
2018
17:05
Expressbank xalqımızı Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə təbrik edir və bol ruzi-bərəkət arzulayır!Daim müştərilərini düşünən Expressbank, qarşıdan gələn bayram günlərində də sizlərə xidmət göstərəcək!Müştərilər 16 və 19 iyun tarixlərində, saat 10:00-dan 15:00-dək Expressbank-ın Əhmədli, Nəsimi, Gəncə və Sumqayıt filiallarında aşağıda qeyd edilən bank xidmətlərindən faydalana biləcəklər:- Asan kreditin verilməsi- Expresso kartın sifarişi- Smilecardın verilməsi- Təcili pul köçürülməsi və alınması- Depozit qəbulu- Kart sifarişi və təhvili- Valyuta mübadiləsi- Hesaba mədaxil/məxaric- Hesabın açılması və bağlanması.Bundan əlavə olaraq, Expressbank-ın Əhmədli filialı hər gün saat 10:00-dan 18:00-dək, Nəsimi filialı isə 24/7 rejimində sizlərə aşağıdaki xidmətləri göstərəcək:- Valyuta mübadiləsi;- Təcili pul köçürməsi üzrə pulun göndərilməsi;- Fiziki şəxslərin hesablarının möhkəmləndirilməsi (cari, plastik kart, depozit hesabları);- Kredit üzrə ödənişlər;- Kommunal və digər ödənişlər.İyun ayının 20-dən etibarən bütün filiallar adi qaydada iş rejiminə dönəcəkdir. Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 3500 POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.Bank xidmətləri barəsində ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.
Oxşar xəbərlər
Ramazan Bayramı NBC Bankın iş saatları
“NBC Bank” olaraq Xalqımızı Müqəddəs Ramazan Bayramı münasibəti ilə ürəkdən təbrik edir bu əziz bayram günlərində hər birinizə yüksək əhval-ruhiyyəsi, cansağlığ...