Ərəblərin Azərbaycana satacağı elektrik enerjisinin qiyməti AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” və Səudiyyə Ərəbistanının “AcwaPower” şirkətləri Azərbaycan ərazisində istehsal edəcəkləri elektrik enerjisinin satış qiymətini hökumət ilə razılaşdırıblar.
BAKU.WS-in məlumatına görə, “Report” bu barədə hökumətdəki mənbələrə istinadən xəbər verib. Qeyd edilib ki, qiymətlər Azərbaycanda elektrik enerjisinin topdansatış qiymətinə (6 qəpik) yaxındır.
Mənbənin verdiyi məlumata görə, “AcwaPower”in külək elektrik stansiyasından əldə edəcəyi elektrik enerjisinin hər kilovatını 5,5 qəpiyə, “Masdar”ın günəş elektrik stansiyasından əldə etdiyi elektrik enerjisinin isə hər kilovatı 5,7 qəpiyə Azərbaycana satılacaq.
Hər iki şirkətlə razılaşdırılmış qiymətlərinə Əlavə Dəyər Vergisi (ƏDV) də daxildir.
Qeyd edək ki, “Masdar” şirkətinin tikəcəyi günəş elektrik stansiyasının qoyuluş gücü 240 MVt, “AcwaPower” şirkətinin tikəcəyi külək elektrik stansiyasının qoyuluş gücü isə 200 MVt-dır.
Bu il aprelin 30-da Azərbaycan Prezidenti İlham Əliyev “AcwaPower” şirkəti ilə imzalanan müqaviləni təsdiq edib. Külək elektrik stansiyası Xızı rayonu və Abşeron rayonunun Pirəkişkül qəsəbəsində, günəş elektrik stansiyası isə Qobustan ərazisində yerləşəcək.
Oxşar xəbərlər
Azərbaycanda günəş elektrik stansiyasının tikintisi üzrə müqavilələr imzalanıb
Azərbaycan Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihə...