Energetika Nazirliyi: Qazaxıstan OPEC+ sazişinə sadiqliyini təsdiq edir
Qazaxıstanın Energetika Nazirliyi OPEC+ sazişi çərçivəsində tərəfdaşlarla əməkdaşlığı yüksək qiymətləndirir və bu formatı qlobal neft bazarının sabitliyini təmin etmək üçün mühüm alət hesab edir.
Bu barədə "Report"un Qazaxıstan bürosuna Qərb KİV-də dərc olunanlarla bağlı sorğuya cavab olaraq qurumdan bildirilib.
Son günlər xarici KİV-də Qazaxıstanın OPEC+ sazişi çərçivəsində neft hasilatını aşmasının, o cümlədən sazişdən çıxarılmasının ölkə üçün mümkün nəticələri barədə materiallar dərc olunur.
Nazirlik də xarici təzyiq nəticəsində ölkənin neft hasilatının səviyyəsinə mümkün düzəlişlər barədə məlumatı şərh edib.
"Nazirlik bu cür bəyanatları qəti şəkildə təkzib edir. Qazaxıstan Respublikası OPEC+ sazişinə sadiqliyini təsdiq edir və bütün öhdəliklərini yerinə yetirməkdə davam edəcək", - qurumdan bildirilib.
Oxşar xəbərlər
Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF
Azərbaycan 2030-cu ilədək turizmi iqtisadiyyatın əsas sahələrindən birinə çevirməyi nəzərdə tutur. Bu günlərdə təsdiqlənən Dövlət Proqramında sektorun yaratdığı...