Energetika naziri: "İnterkonnektorlar Azərbaycanı Yaxın Şərqlə birləşdirmək imkanlarını da ortaya qoyur"

Energetika naziri: İnterkonnektorlar Azərbaycanı Yaxın Şərqlə birləşdirmək imkanlarını da ortaya qoyur
İqtisadiyyat 25

"Azərbaycanın Avropaya enerji ixracının artırılması məsələsi uzunmüddətli strateji layihədir. Qlobal iqtisadi şərait və artan tələbat bu istiqamətdə addımların atılmasını zəruri edir".

Bunu energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlıq davam edir:

"Qarşıdakı dövrdə birgə fəaliyyətin daha da intensivləşdirilməsi nəzərdə tutulur".

Nazir əlavə edib ki, Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır:

"Avropaya tədarük etdiyimiz təbii qazın xüsusi əhəmiyyəti var. Avropa üçün Azərbaycanda yaşıl enerji sahəsi ilə bağlı həyata keçirilən layihələr də maraqlıdır və onları dəstəkləyir. Bu, həm yaşıl enerjinin generasiyası, həm də ümumiyyətlə elektrik enerjisi dəhlizləri ilə bağlı layihələrə aiddir. İnterkonnektorlar Azərbaycanı həm Avropa, həm Mərkəzi Asiya, həm də gələcəkdə Yaxın Şərqlə birləşdirmək imkanlarını ortaya qoyur. Biz bu istiqamətdə gündəlik çalışırıq".

Son xəbərlər