Əmək pensiyalarının orta aylıq məbləği gələn il 8 faiz artacaq

Əmək pensiyalarının orta aylıq məbləği növbəti ildə 531 manat və ya cari illə müqayisədə 8 % çox proqnozlaşdırılır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğini isə 569 manat və ya bu ilin sonuna gözlənilən göstəricidən 8 % çox proqnozlaşdırılır:
"Bu ilin sonuna gözləntimiz odur ki, əmək pensiyalarının orta aylıq məbləği 494 manat, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 527 manat olacaq. Növbəti ildə 8 %-lik artımla pensiyaçılara daha əhatəli dəstək tədbirləri təqdim edilə biləcək".
Oxşar xəbərlər
Mikayıl Cabbarov Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin dire...
